mobil versiya

Azərbaycanda keçmiş deputatın oğlunun silahla görüntüsü yayıldı - FOTO




Xəbər verdiyimiz kimi, sabiq deputat Gülər Əhmədovanın oğlu, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz “Glock-19” markalı tapança gəzdirdiyinə görə həbs edilib.


Unikal.org-un məlumatına görə, T.Əhmədov odlu silah və motosiklet həvəskarı imiş.

Onun silahla görüntüsü də yayılıb. Ehtimal edilir ki, bu görüntüdən sonra T.Əhmədovun odlu silah gəzdirdiyinə dair şübhələr yaranıb. 

Gülər Əhmədovanın oğlunun silahla görüntüsü yayıldı -FOTO

MANŞET / SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-02-2020, 17:20