mobil versiya

Koronavirus necə öldürür? – ABŞ alimləri açıqladı (FOTO)




Koronavirus pandemiyası bütün dünyanı aciz qoyub. Bu virus yalnız ağciyərləri deyil, beyni, mərkəzi sinir sistemini, bağırsaqları zədələyir, ürək və damarlarda fəsadlar yaradır. Bəzi insanlarda əlamətlərsiz, yüngül formada keçən xəstəlik, 
digərlərinin səhhətində gözlənilməz nəticələrə, ağırlaşmalara səbəb ola bilir. 

Musavat.com xəbər verir ki, Pensilvaniya Univeristetinin həkimi Nilam Malqarmuti bildirib ki, xəstəliyin yaranmasını və gedişatını tam anlayıb, təhlil etmək mümkün olsa, bu virusu çox ağır keçirən insanlara kömək etmək olardı. Son araşdırmalara görə, virusa yoluxan insanlarda tromblar yaranmağa başlayır ki, bu zaman xəstəliklə mübarizə aparmaq olduqca çətinləşir. Əvvəllər bu xəstəliklə mübarizədə güclü immun sisteminin olması vacib şərt kimi qoyulurdu. Lakin çox güclü immun reaksiyaların əksinə, virusun özünü daha aqressiv aparmasına gətirib çıxardığı hallar da məlum oldu. Bəzi xəstələrdə qanda oksigenin faizinin az olmasına baxmayaraq, boğulmamaları üzə çıxıb. Virusun gedişatının bu gizli məqamları onunla mübarizəni çətinləşdirir və sistemli yanaşma tələb edir.

Çikaqoda Raşa Universitetinin tibbi mərkəzində COVİD-19-a yoluxanların müalicəsilə məşğul olan Nensi Ro koronavirusun digər viruslarla müqayisədə özünü fərqli apardığını deyir. “Biz hələ ki, ancaq öyrənirik. Bu virusun necə inkişaf edəcəyi barədə düşünmək lazımdır”. Hər həftə elmi jurnal və saytlarda mindən çox koronavirusla bağlı elmi işlər dərc olunur, lakin koronavirsula bağlı dəqiq müalicə üsulunu ortaya qoyan araşdırma yoxdur. Virusun gözlənilməz nəticələri, gedişatı alimləri aciz qoyub. (SCİENCE, ABŞ)

Китай так и не предоставил российским медикам живой штамм коронавируса

Koronavirus necə başlayır?

İnfeksiyaya yoluxmuş şəxs hava-damcı yolu ilə virusa başqasını yoluxdurduqda, virus həmin insanın nəfəs borusuna düşür. Virusa səthlərə toxunmaqla da yoluxmaq olur. Selikli qişadan orqanizmə yol açan virus hüceyrələrə daxil olaraq çoxlu sayda öz surətini çıxarır və digər hüceyrələrə daxil olmağa başlayır. Yoluxduqdan sonra, xüsusilə də birinci həfətədə xəstə bu virusu ətrafa sürətlə yayır. Bu zaman xəstəliyin əlamətləri özünü göstərməyə bilər. Bir qrup xəstələrdə isə elə yoluxduğu ilk həftədə xəstənin qızdırması qalxır, quru öskürək, boğazda ağrı yaranır, xəstə dad və iybilməni itirir. Yoluxan şəxsdə baş ağrıları, əzələ ağrıları da özünü göstərə bilər.
Xəstəliyin başlanğıcında immun sistemi virusa qalib gələ bilməsə, virus traxeyalara düşərək ağciyərləri zədələyir. Bu artıq koronavirusun daha ağır keçməsinə, ölümcül olmasına işarədir. Bəzi xəstələr suni nəfəs aparatına qoşulduqdan sonra bu mərhələdən də çıxa bilirlər. Amma qəfil halı pisləşən xəstələr də çoxdur.

В Узбекистане число заболевших коронавирусом достигло шести ...

Tək ağciyəri deyil, koronavirus digər orqanları da zədələyir

İtaliyada 53 yaşlı qadın infarktın əlamətləri ilə xəstəxanaya gətirilir. Analizlər nəticəsində qadının CODİD-19 -a yoluxduğu məlum olub. Nəticədə qadının ürəyi böyüyüb və zədələnib. Koronavirusun ürəyi və qan damarlarını necə zədələməsi dəqiq məlum deyil. Lakin bir çox elmi araşdırmalarda, bunun tez-tez olduğu vurğulanır. “JAMA Cardiology” jurnalında Uhanda COVİD-19 -dan müalicə alan 416 xəstənin 20 faizində miokardın olduğu bildirilib. Başqa təcrübədə isə virusa görə müalicə alan 138 xəstənin 44 faizində aritmiyanın olduğu üzə çıxıb.

Koronavirusun qana da təsiri araşdırılıb. Hollandiyada reanimasiyada müalicə alan 184 xəstənin 38 faizində qan laxtalanmasının normada olmaması, hər üç nəfərdən birində isə trombların yaranması müşahidə olunub. Qan laxtaları ağciyərlərə düşərək həyati vacib arteriyaları bloklayır. Yaranmış vəziyyət, ağciyər emboliyası COVİD-19 xəstələrini öldürür. Tromblar arteriyalardan beyinə daxil olaraq insulta da səbəb olur.

Kolumbiya Universitetinin Tibbi Mərkəzində fəaliyyət göstərən ürək-damar xəstəlikləri üzrə mütəxəssis Benhud Bikdeli qeyd edib ki, bu məsələni dərindən öyrəndikcə, damarda trombların yaranmasının COVİD-19 -un ağır keçməsinə və ölümlə nəticələnməsinə təsir etdiyi daha da aydınlaşır.


MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 21-04-2020, 15:02