mobil versiya

İki icra başçısının sərvəti açıqlandı - Gözqamaşdıran siyahı



Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir-birinin ardınca müxtəlif dövlət orqanlarında əməliyyatlar keçirir, korrupsiya əməllərində şübhəli bilinən məmurlar həbs olunur. Xüsusi yeri icra başçıları tutur. Ötən ilin oktyabrından başlayan bu əməliyyatlar nəticəsində həbs olunanların əksəriyyəti icra başçılarıdır.

Bu əməliyyatlar ayrı-ayrı rayonlara rəhbərlik edən şəxslərin onminlərlə, yüzminlərlə manat rüşvət aldığını, korrupsiyaya yol verdiyini üzə çıxarır. Sosial şəbəkələrdə yazılanlardan belə qənaətə gəlmək olar ki, gördüklərimiz icra başçılarının əyri yolla əldə etdiyi sərvətinin kiçik hissəsidir.

İmişliyə rəhbərlik etmiş Vilyam Hacıyevin həbsindən çox keçməyib. 15 ildir icra başçısı postunu tutan 62 yaşlı məmur rüşvət sayəsində xeyli daşınmaz əmlak, var-dövlət əldə edə bilib. Vilyam Hacıyevin Bakıda Teymur Əliyev küçəsində, "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə dəyəri 25 milyon dollar olduğu bildirilən imarəti var. Hacıyevin paytaxtın mərkəzi ərazilərində mənzillərini sadalamaq olar. O, icra başçısı olduğu illər ərzində yemədən-içmədən bütün məvacibini yığsaydı, metronun "Sahil” stansiyasının yaxınlığındakı beşotaqlı mənzili ala bilməzdi...

İmişlinin keçmiş icra başçısının Həsən Əliyev (keçmiş İnqilab) küçəsində də imarəti, Gəncədə, İmişlidə, Birləşmiş Ərəb Əmirliklərində, Qazaxıstanda böyük biznesinin olduğu bildirilir. Siyahı o qədər uzundur ki, bir yazını bütünlüklə Vilyam Hacıyevə həsr etmək mümkündür.

Vəziyyəti təhlil edən ekspertlər bu əməliyyatların davam edəcəyi fikrindədir. Bu fikri əsaslandıran əsas arqument də budur ki, icra başçılarının böyük əksəriyyətinin həyat tərzi də, fəaliyyəti də elə həbs edilənlər kimi olub. Ola bilsin ki, kimlərsə bu həbslərdən qorxuya düşərək, əməlinə çəki-düzən verib.



Məsələn, sosial şəbəkələrdə Bərdənin icra başçısı Vidadi İsayevin sərvətilə bağlı paylaşılan məlumatları görəndə bu rayonda yoxsulların çoxluğunun səbəbini anlamaq olur. Həbib Müntəzir adlı facebook istifadəçisinin yaydığı məlumata görə, Vidadi İsayevin paytaxtın müxtəlif yerlərində mənzilləri, obyektləri var. Bahalı avtomobillər, kafelər, retoranlar da öz yerində. Vidadi İsayev bölgələrdə də əzəmətli imarətlər, mağazalar tikdirib. Onun ölkədən kənarda – Rusiyada, Türkiyədə biznesi var:

Bakı, A. Bakıxanov, ev 39 ünvanında xidməti mənzil

H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 xidməti mənzil

Şərq küç, ev 11B ünvanında xidməti mənzil

Oğluna 100.000 manatlıq çayxana

Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükan

"Ana və Uşaq” kafesi

"Təchizat BCS” MMC şirkəti

Bərdədə ikimərtəbəli mağaza

Mixaylovka kəndində bir imarət

Ağcakənddə ikinci böyük villa

Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə

90-GP-555 dövlət nişanlı Toyota Prado

Mercedes G63 AMG

Bərdədə Heydər Əliyev parkında kafe

Yevlaxda əzəmətli villa

Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri

Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər

Rusiyada, Türkiyədə biznes və obyektlər

Vidadi İsayev yaxın adamlarını da yaddan çıxarmayıb. İddiaya görə, oğlu, kürəkəni onun sayəsində Bakıda obyekt işlədir. Vidadi İsayevin Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyevlə quda olduğu bildirilir.



Qaradağın icra başçısı Süleyman Mikayılovun bu rayonda necə sərvət toplaması haqda da kifayət qədər məlumatlar var. Onun Bakıda xeyli ticarət obyektinin sahibi olduğu, İngiltərədə, Türkiyədə malikanələr aldığı, özünü icra başçısından çox, iş adamı kimi apardığı bildirilir. Təsəvvür edin, Süleyman Mikayılovun, hətta Lökbatan qəsəbəsində kolxoz bazarı da olduğu iddia edilir. Onun sərvətləri siyahısında aşağıdakı daşınar və daşınmaz əmlakların olması haqda məlumat yayılıb.

"Sahil” metrostansiyasının üstündə, "Sahil incisi” adlanan binada xidməti mənzil

Qaradağ rayonu, Mərdanov qardaşları döngəsi 11 ünvanında xidməti mənzil

"Qaradağ Çınqıl” MMC adı ilə çınqıl karxanası

"ASKORP” MMC adlı müxtəlif üzlük daşlar və kərpic məmulatları istehsal edən şirkət

Lökbatan qəsəbəsində müasir idman malları istehsalı müəssisələri

Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı

Lökbatan qəsəbəsində 10-a yaxın ticarət-iaşə obyekti

Lökbətan qəsəbəsi 28 may küçəsindəki "Cırtdan” kafesi

Qaradağ rayonu Lökbatan-Xocəsən yolundakı ALLOFF mağazası

Qaradağ rayonunda hektarlarla torpağı

Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə daş karxanaları

Sədərəkdə ticarət mərkəzində idman malları obyekti

Lənkəranda bir ədəd malikanə

Lənkəranda Heydər Əliyev meydanının qarşısında aptek, geyim və digər iaşə obyektləri

Yardımlıda "Deman” ailəvi istirahət mərkəzi

Yardımlıda iri bazar

Oğlu Elvin Mikayılovun adına "ASPAN” MMC şirkəti

Almaniyada 25 min avro nizamnamə kapitalı ilə "EFFEST” GMBH şirkəti

"ESKA-LİDER” MMC şirkəti

Xanımı Nailə Bayramovanın adına QRAND İMPEKS ŞİRKƏTİ

Bakıda Çin səfirliyinin yanında (Nizami küçəsi 104) qızı Ayselin adına "Aisel Boutique” bahalı geyim mağazası

Nərimanov r-nu. Hacı Murad 1/14 ("Ömür” klinikası ilə üzbəüz) Medoks Hiperbarik O₂ Müalicə Mərkəzi

ABŞ-da milyonluq villa

İngiltərədə və Türkiyədə biznes və malikanəsi

Maşın kolleksiyası:

90-DO-777 dövlət nömrə nişanlı Porsche Panamera

Qızı Ayselə məxsus 90-DO-777 nömrəli Audi Q5

Oğlu Elvinə məxsus ‪90-DD-909 nömrəli Audi S5‬

‪90-DD-909 nömrəli BMW M6‬ GranCoupe F06 Black

90-DD-909 - Jaguar F-Type

Bunlar sadəcə, araşdırmalar nəticəsində üzə çıxanlar, ictimaiyyətə məlum olanlardır. Başqa rayonların icra başçıları və digər vəzifəli şəxslərin də "süddən çıxmış ağ qaşıq” olmadığı hər kəsə məlumdur. O faktlar da üzə çıxdıqca, onları da təqdim edəcəyik.

Mənbə: Bizimyol.info

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 14-05-2020, 16:05