mobil versiya

Azərbaycanda daha 491 nəfər koronavirusa yoluxub




Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

Bu gün 4 947 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 422 min 049 test aparılıb.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 21-06-2020, 19:36