Rusiyalı məmurun Azərbaycanda "şokolad vannası"n üçün xərclədiyi məbləğ AÇIQLANDI - FOTO
Rusiyalı məmurun Azərbaycanda qəbul etdiyi naftalanlı "şokolad vannası"nın qiyməti açıqlanıb.
Reportyor.az "Bizimyol.info"ya istinadən xəbər verir ki, keçdiyimiz günlərdə Ulyanovsk vilayətinin qubernatorunun məsləhətçisi Svetlana Openışeva Azərbaycanda yerləşən sanatoriyaların birində qəbul etdiyi "şokolad vannası"nda "selfi" çəkərək instagramda paylaşıb.
Azərbaycan sanatoriyalarından əldə olunan məlumata görə, 5 ulduzlu oteldə müalicəvi "şokolad vannası"nın 1 həftə dəvam edən proseduru, gündə 3 dəfə yemək daxil olmaqla ən az 1099 manatdır.
Qeyd edək ki, Svetlana izləyicilərindən paylaşdığı şəklə görə üzr istəyib.
MANŞET / MARAQLI / KARUSEL / GÜNDƏM / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 18-09-2019, 10:30