mobil versiya

Millət vəkilinin milyonluq villası üzə çıxdı - FOTOLAR



300 min ABŞ dolları borca görə III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsini girov qoyan Rafael Cəbrayılovun dəbdəbəli villası üzə çıxıb. 

Reportyor.az yenisabah.az-a istinadən xəbər verir ki, dəyəri milyonlarla manat olan villa keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsində "milyonçular məhəlləsi” kimi tanınan ərazidə yerləşir.

Rafael Cəbrayılovla bağlı başqa maraqlı fakt da var. Belə ki, o deputat olsa da, adı seçici siyahısında yoxdur. Hər halda Mərkəzi Seçki Komisiyyasının internet səhifəsinə yerləşdirilən seçi siyahısında Rafael Cəbrayılovun adı qeyd edilməyib.

Qeyd edək ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.

Deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Bu barədə report.az saytı məlumat yayıb.




MANŞET / KARUSEL / GÜNDƏM / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 21-09-2019, 12:49