mobil versiya

“Kim Milyoner Olmak İster?” yarışmasında bütün suallara cavab verib 1 milyon qazandı - VİDEO



Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster?” yarışmada bir ilk yaşanıb.

BAKU.WS xəbər verir ki, ATV kanalında yayımlanan yarışmada ilk dəfə Arda Ayten adlı iştirakçı 12 sualın hamısına düzgün cavab verib. 

19 yaşlı iştirakçı yarışmadan 1 milyon lirə (300 min AZN) qazanıb. Sonuncu sualda Türkiyənin İstiqlal Marşı ilə bağlı sualı cavablandıran gənc himni əzbərdən oxuyub və doğru cavabı tapıb.

Arda doğru cavabı verdikdən sonra studiyada hər kəs ayağa qalxaraq onu alqışlayıb.


MARAQLI / KARUSEL / DÜNYA / VİDEOXƏBƏR
Tarix: 6-10-2019, 14:09