PKK terrorçularından SAXTAKARLIQ - Xocalı soyqırımına aid fotonu mənimsədilər
Türkiyə ordusunun Suriyada “Sülh çeşməsi” adlı əməliyyata start verməsindən sonra PKK terror təşkilatına yaxın media orqanları saxta məlumatlar paylaşmağa başlayıblar.
BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, terrorçular Xocalı soyqırımına aid olan bir fotonu paylaşaraq həmin fotonun Türkiyə ötən il “Zeytun budağı” əməliyyatı zamanı çəkildiyini qeyd ediblər.
Onlar bununla da dinc əhalinin Türkiyə ordusu tərəfindən qətlə yetirildiyi görüntüsünü yaratmağa çalışıblar.
Qeyd edək ki, PKK terrorçuları hazırda Rəs-əl-Ayn bölgəsində silahsız əhalini hədəf altına salmaq üçün müxtəlif vasitələrə də əl atırlar. Türkiyə ordusu isə yerli əhaliyə xəbərdarlıq edərək evlərindən çölə çıxmamalarını bildirib. Hərbçilərə isə əhaliyə ziyan dəyməməsinə çalışmaları üçün göstəriş verilib.
MARAQLI / KARUSEL / HADİSƏ
Tarix: 10-10-2019, 10:45