Marsda qədim okeanın izləri tapılıb
Pensilvaniya Universitetinin alimləri Marsda qədim şimal okeanının izlərini qeydə alıblar.
"Report" xəbər verir ki, araşdırmaşin nəticələri “Journal of Geophysical Research: Planets” jurnalında təsvir edilib.
Qədim okeanın konturları planetin yeni topoqrafik xəritələri sayəsində aşkar edilib.
Müşahidələr göstərir ki, onun yaşı təxminən 3,5 milyard ildir.
2022-ci ilin oktyabrında Şimal-Qərb Universitetinin amerikalı mütəxəssisləri sübut ediblər ki, Marsda mikroorqanizmlər planetin səthi yaxınlığında əvvəllər düşünüldüyündən çox daha uzun müddət yaşaya bilər.
MARAQLI
Tarix: 31-10-2022, 15:39