mobil versiya

Bu gün Beynəlxalq Riyaziyyat Günüdür




Martın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür.

UNESCO Baş Assambleyasının 2019-cu il noyabrın 26-da Fransanın paytaxtı Parisdə keçirilən 40-cı sessiyasında hər il martın 14-də Beynəlxalq Riyaziyyat Gününün qeyd olunması barədə qərar qəbul edilib.
UNESCO üzv dövlətləri, eləcə də hökumətlərarası və qeyri-hökumət təşkilatlarını, elmi tədqiqat mərkəzlərini, vətəndaş cəmiyyəti təşkilatlarını, universitetləri və s. bu günü qeyd etməyə, Beynəlxalq Riyaziyyat Gününün verdiyi imkanlardan istifadə edərək üzv dövlətlərdə riyaziyyatın potensialının gücləndirilməsi məqsədilə innovativ layihələr həyata keçirməyə çağırıb.

MARAQLI / KARUSEL
Tarix: 14-03-2023, 11:51