mobil versiya

Çexiya parlamenti deputatlara TikTok-dan istifadəni qadağan edib


Çexiya parlamentində "TikTok" mobil proqramından istifadəyə qadağa qoyulub.
TASS xəbər verir ki, bu barədə cümə axşamı Çexiya radiosu məlumat yayıb.
Qadağa Milli Kiber və İnformasiya Təhlükəsizliyi Direktorluğunun tövsiyəsi əsasında parlament rəhbərliyi tərəfindən tətbiq edilib. Qərar, deputatlara, onların köməkçilərinə və ali qanunverici orqanın əməkdaşlarına şamil edilir.
Bundan əvvəl Praqa meriyası da işçilərinə Pekində yerləşən ByteDance şirkətinə məxsus TikTok-dan istifadəni dayandırmağı tövsiyə etmişdi. Pekində yerləşən ByteDance şirkətinə məxsus təhlükəsizlik üçün əhəmiyyətli risk hesab edilir.
MARAQLI / KARUSEL
Tarix: 17-03-2023, 17:09