mobil versiya

Rusiyanın Xalq artistinin “azərbaycanlı oğlu” Moskvada döyüldü - FOTO



Özünü Rusiyanın Xalq artisti Nikolay Tsiskaridzenin nikahdankənar oğlu adlandıran 19 yaşlı azərbaycanlı aktyor Timur Əkbərov Moskvada küçədə döyülüb.

BAKU.WS 
qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.

"Siz hər şeyə görə cavab verəcəksiniz. Tibbi ekspertizadan keçəcəyəm və ərizə yazacağam. Mən sizə nə pislik etmişəm? İşiniz-gücünüz yoxdur? Mən sizə mane oluram? Mən kimisə təhqir etmişəm? Bioloji atamı tanımağım günahdır?", - deyə Əkbərov qeyd edib.

Lakin Tsiskaridzenin "nikahdankənar oğlu"nun heç də bütün izləyiciləri onun həqiqətən də döyülməsinə inanmayıb. Onlar öz şərhlərində döyülmənin baş vermədiyini, aktyorun qrimdən istifadə etdiyini qeyd edib.


Həmçinin, T. Əkbərov tanımadığı insanlar tərəfindən aldığı hədə və təhqir dolu ismarıcların "skrinşot"larını paylaşıb: "Mən artıq bilmirəm nə edim, artıq hər şeydən bezmişəm".

Timur şərhini bu sözlərlə bitirib: "Nikolay, oğlun küçədə döyüləndə sənə xoş olur?".

Qeyd edək ki, Xalq artisti Nikolay Tsiskaridze müsahibə verməkdən imtina edir, baş verənləri heç cür şərh etmir.




MARAQLI / KARUSEL / HADİSƏ
Tarix: 26-10-2019, 19:00