mobil versiya

“Windows 11”dən yenilik




"Windows"-u formatladıqdan sonra quraşdırılan ilk proqramlardan biri olan "WinRAR" artıq "Windows 11"də avtomatik yazılacaq.
"Build 2023" tədbirində "Microsoft" elan etdi ki, "Windows 11" "RAR" və "Windows" istifadəçilərinin illərdir gözlədiyi bir sıra digər arxiv formatlarını dəstəkləyəcək.
"Libarchive açıq mənbə layihəsindən istifadə edərək, tar, 7-zip, rar, gz və daha çox əlavə arxiv formatları üçün yerli dəstəyi əlavə etdik. İndi siz "Windows"da sıxılma zamanı arxiv funksiyalarının işini təkmilləşdirə bilərsiniz", - "Windows" rəhbəri Panos Panay açıqlamasında bildirib.
"Microsoft" bu dəstəyin yaxın həftələrdə yeniləmə ilə "Windows 11"ə gələcəyini bildirir. Eyni zamanda, yeni formatların dəstəklənməsi istiqamətində də işlər aparılır.(Trend)

MARAQLI / KARUSEL
Tarix: 24-05-2023, 16:03