"Windows 11" vasitəsilə "iPhone"da mesaj göndərə, zəng edə və bildirişlərə baxmaq mümkün olacaq
"Windows 11"in "KB5023706" kodu ilə yeniləməsi stabil versiyalar üçün istifadəyə verilib.
Bu yeniləmə ilə bütün "iPhone" istifadəçiləri telefonlarını kompüterlərinə qoşa və "iMessage"dan istifadə edə biləcəklər.
Ən sadə formada "Phone Link iPhone"ların "Windows 11" də kompüterinə qoşulmasına imkan verir. Bu proqramla istifadəçilər "Windows 11"də "iMessage" vasitəsilə kompüterlərində mesaj göndərə və qəbul edə, zəng edə və telefonlarında bildirişləri görə biləcəklər.
"Microsoft" "Windows 11" cihazlarını "iPhone"lara qoşmaq və "iMessage"ın istifadəsinə imkan vermək üçün "Bluetooth" texnologiyasından istifadə edir. Başqa sözlə, "Windows 11" ilə işləyən kompüterinizdə "Bluetooth" dəstəyi varsa, "Phone Link" proqramından problemsiz istifadə edə biləcəksiniz.
"Windows 11"də "iMessage"in istifadəsi ilə bağlı bəzi məhdudiyyətlər də olacaq.
Yayımlanmağa başlayan yeniləməni quraşdırdıqdan sonra "Phone Link" xüsusiyyətindən yararlanmaq istəyirsinizsə, tətbiqi işə salmaq və cihazın identifikasiyası ekranında "iPhone"u seçmək kifayətdir. Növbəti addımda tətbiqin təlimatlarına əməl etməli və cihazın cütləşdirilməsini tamamlamalısınız.
MARAQLI / KARUSEL

Tarix: 16-03-2023, 14:16