mobil versiya

İnsan beyninə xüsusi çip yerləşdiriləcək - Elon Maska icazə verildi



İş adamı Elon Maskın beyin implantasiyası şirkəti “Neuralink”, insanlar üzərində klinik sınaqlara başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə alıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Neuralink” şirkəti “Twitter” hesabından məlumat yayıb.
“Bu, insanlara kömək etmək üçün texnologiya naminə irəliyə doğru atılmış mühüm addımdır” - deyə, şirkətdən bildirilib.



Təcrübələrin məqsədi və əhatə dairəsi ilə bağlı məlumat verməyən “Neuralink” hələ ki, bu sınaq üçün namizəd olmaq istəyən insanları qəbul etmədiklərini bildirib.
Elon Musk isə beyin implantlarının piylənmə, autizm, depressiya və şizofreniyadan tutmuş bir çox sahədə insanlara kömək edəcəyini iddia edib.


MARAQLI / KARUSEL
Tarix: 26-05-2023, 15:22