mobil versiya

Yaşayan Nostradamusdan dəhşətli XƏBƏRDARLIQ: Nüvə təhlükəsi də aktualdır



Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə nüvə təhlükəsi də aktualdır. Dünya fəlakətin astanasında ikən müasir dövrün Nostradamusu adlandırılan braziliyalı 36 yaşlı Athos Salomedən daha bir qorxuducu proqnoz gəlib.
Dünyanı xilas etmək üçün Tanrıdan gələn vergi ilə seçildiyini iddia edən Athos Salome bu günə qədər Covid-19, Kraliça II.Elizabetin ölümü və Elon Maskın Twitter-i alması kimi hadisələrin proqnozlarını vermişdi.
Minas Gerais əyalətinin Divinopolis şəhərində yaşayan Salome III Dünya Müharibəsinin başlamasına az qaldığını bildirib.
Sfera.az İngiltərə mətbuatına istinadən bildirir ki, Salome yerli mətbuata belə açıqlama verib:
“Üçüncü Dünya Müharibəsi Covidin dünyada pandemiyaya çevrilməsi ilə başladı. Bu, Rusiyanın Ukraynaya təcavüzü ilə davam etdi və texnologiyanın böyük inkişafı ilə reallığa çevrildi" - deyə bildirib.
12 yaşında digər insanlardan fərqli olduğunu anladığını izah edən Salome “Bəzən özümdən şübhələnirdim, çünki proqnoz verdiyim baş verməsi mümkün olmayan şeylər qısa zamanda baş verirdi" - deyə bildirib.
Sahib olduğu qabiliyyətlərin ona Tanrı tərəfindən verildiyini deyən Salome insanlara kömək etmək üçün seçildiyinə inanır, eyni zamanda insanları anlamaq və insanların nə axtardığını bilmək üçün peyğəmbərlik qabiliyyətinə malik olduğuna da iddia edir.
2012-ci ildə 2020-ci ildə başlayacaq Covid pandemiyasını və 44 gün əvvəl Rusiyanın Ukraynanı işğal edəcəyini proqnozlaşdırdığını iddia edən Athos Salome insan gücünün robotlarla əvəzlənəcəyi ilə bağlı proqnozunun İlon Maskın insanabənzər robotu Optimus ilə gerçəkləşəcəyini düşünür.

MARAQLI / DÜNYA
Tarix: 4-10-2022, 11:23