mobil versiya

Geomaqnit qasırğası gözlənilir



Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, mayın 30-dan iyunun 4-dək C sinif alışmanın baş vermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif isə 10 faiz təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyələrə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin yüksələrək S1 səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı var. Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi proqnozlaşdırılır.
Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə mayın 31-dən iyunun 1-dək aktiv olacağı, iyunun 1-dən 4-dək isə geomaqnit qasırğası (G1) gözlənilir.

MARAQLI / KARUSEL
Tarix: 30-05-2023, 17:01