Əncirli ördək salatı, tayqa yemişanı - Putin Kim Çen İnın şərəfinə ziyafət verib
Şimali Koreya başçısı Kim Çen İnı qəbul edən Vladimir Putin onun şərəfinə ziyafət verib.
“AzPolitika.info” xəbər verir ki, Putini Rusiyanın uzaq şərqə səfərində müşaiyət edən jurnalist Pavel Zarubin Kreml sahibinin qonağa açdırdığı süfrənin bəzi özəlliklərini açıqlayıb.
Məlum olub ki, Putinin “yemək-içmək stolu” çox yüksək səviyyədə hazırlanıb. O, Kim Çen İnı əvvəlcə əncirli ördək salatına, nektarinə və Kamçatka krabından hazırlanan pelmenə qonaq edib.
Ardınca çaytikanı şərbəti və ağ amur balığından uxa verilib. Süfrədə həmçinin, osetrin balığı ilə göbələk, həmçinin, tərəvəzdə bişirilmiş dana qabırğası olub. Sonda isə şam qozası, Tayqa yemişanı və qatılaşdırılmış süddən hazırlanan desert verilib. İçkilər barədə məlumat açıqlanmır.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi ilyarımdır ki, davam edir və hər gün cəbhədə hər iki tərəfdən yüzlərlə insan həlak olur, milyonlarla mülki ukraynalı isə ev-eşiyindən didərgin düşüb və yardımların ümidinə qalıb.
MARAQLI / KARUSEL
Tarix: 13-09-2023, 16:14