“İlk casus peykimiz hazırdır” – Şimali Koreya lideri
Şimali Koreya lideri Kim Çen In ölkəsinin ilk casus peykinin hazır olduğunu bildirib.
“AzPolitka.info” xəbər verir ki, Kim Çen In peykin orbitə buraxılması üçün bütün hazırlıqların tamamlandığını açıqlayıb.
Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) görə, Milli Aeronavtika və Kosmosun İnkişafı Administrasiyasını ziyarət edən Kim, “Kəşfiyyat peykinin Şimali Koreyanın nüvə raketlərindən səmərəli istifadə etməsi üçün çox vacibdir” deyib.
Kim Çen In sözügedən peykin aprelin sonuna qədər buraxılması ilə bağlı rəsmilərə göstəriş verib.
KARUSEL / DÜNYA
Tarix: 19-04-2023, 15:13