Adnan Oktara görə tutulan “kediciy”in həbsxana FOTOLARI
Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edərək dini gözdən salmağa çalışan Adnan Oktarın bir neçə gün əvvəl şərti azadlığa buraxılan müridi Yasemin Kiriş sosial şəbəkə paylaşımları ilə gündəmə gəlib.
REPORTYOR.AZ Milli.Az-a istinadla xəbər verir ki, bir müddət əvvəl ev dustaqlığına göndərilən kedicik şəxsi Instagram hesabında həbsxanadaykən çəkilən şəkillərini paylaşıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Adnan Oktarın 91 müridi şərti azadlığa buraxılıb. Onlar cəza müddətləri bitənə qədər ev dustağı olacaqlar.
Yaseminin həbsxanadaykən çəkilən və onların hazırda qaldığı ərazinin dronla çəkilən fotolarını təqdim edirik:
MARAQLI / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 24-12-2019, 12:22