Rüştü Reçber: “Yaxşı ki beş il əvvəl siqareti tərgitmişəm”
Koronavirusa qalib gələn futbol üzrə Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Reçber xəstəxanadan çıxandan sonra ilk açıqlamasını verib.
“Sözçü” qəzetinə danışan Rüştü siqareti tərgitmək barədə qərarın xəstəliklə mübarizədə ona kömək olduğunu bildirib.
“İlk növbədə, hər kəsə təşəkkür edirəm. Allaha şükür, sağaldıq. Gərgin və uzun bir müalicə dövrü oldu. Hazırda evdəyəm. Yaxşı ki beş il əvvəl siqareti tərgitmişəm. Daha 15-20 gün karantində qalacağam. Məni sevənlərə verdikləri dəstək üçün təşəkkür edirəm”.
MARAQLI / SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 9-04-2020, 12:00