mobil versiya

Hakan Şükür Vaşinqtonda taksi sürür - FOTO



Türkiyə millisi və "Qalatasaray" klubunun sabiq futbolçusu Hakan Şükür ABŞ-ın paytaxtı Vaşinqtonda taksi sürücüsü işləyir.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə o, "Die Welt" nəşrinə müsahibəsində bildirib.

Dünya çempionatının üçüncüsü olan Hakan Şükür əvvəllər San-Fransiskoda yaşasa da, sonradan Vaşinqtona köçmək məcburiyyətində qalıb.
Hazırda "Uber" taksi şəbəkəsinin üzvü olan sabiq futbolçu bu yolla dolanışığını təmin edir.

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.



MARAQLI / KARUSEL / DÜNYA
Tarix: 14-01-2020, 01:10