mobil versiya

Kamran Əliyev: “SMS-lə icazə qayınanagilə getmək üçün verilmir”




"8103-ə SMS yazaraq küçəyə çıxmaq icazəsi ancaq qərarda nəzərdə tutulan məqsədlər üçündür. Bu icazə qayınana evinə getmək üçün verilmir axı”.

REPORTYOR.AZ avtosfer.az-a istinadən xəbər verir ki, bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev “Space” TV-də yayımlanan “Siqnal” verilişində deyib.

Taşamaçılardan birinin “Mənim və yoldaşımın şəxsiyyət vəsiqəsi var. Ancaq 4 yaşında qızımın şəxsiyyət vəsiqəsi yoxdur. Biz qayınanamgilə getmək istəyirik. Bu halda nə edə bilərik” sualına cavabında DİN rəsmisi SMS-lə icazə sistemində bunun nəzərdə tutulmadığını deyib. O, ailəyə qayınanasıgilə getmək üçün karantin rejiminin ləğvini gözləməyə məsləhət görüb.

MARAQLI / SON XƏBƏR / GÜNDƏM
Tarix: 2-05-2020, 15:11