mobil versiya

Azərbaycanda hər kəs bu sinifin şagirdlərdən DANIŞIR – VİDEO



Qubada bir sinifdə təhsil alan şagirdlərin hamısı ali məktəbə daxil olublar.

ARB TV xəbər verir ki, Quba Şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmaüllü məktəb liseyin 11-ci sinifini bitirən 23 şagirdin hamısı ali məktəbə qəbul olunublar.

İstedadlılar sinifinin məzunlarından ən yüksək balı Əli Əliyev yığıb. O, 628 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. Ümumilikdə isə məzunların 3-ü 600-dən, 8-i 500-dən, 6-sı isə 400-dən çox bal toplayıb.

Əli Əliyev – Tələbə: “Bu ilki qəbul imtahanlarında 628 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat-İngilis dili fakultəsinə qəbul olundum. Bundan əlavə məktəbi gümüş medalla bitirmişəm”.

Səmən Məmmədli – Tələbə: “Qəbul imtahanında 507 bal yığaraq Azərbaycanın ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetinin kimya fakultəsinə qəbul olundum. Çoxdanki arzum idi. Keçirdiyim hissləri bütün abituriyentlərə arzulayıram”.

Şagirdlərin sinif rəhbəri Şəfəq Cəfərovanın sözlərinə görə, bu nəticə əvvəlcədən gözlənilib. Çünki istedadlıların sinifinin şagirdləri Təhsil Nazirliyinin keçirdiyi imtahanda uğur qazandıqdan sonra qəbul olunub. Onlara müvafiq fənnlərlə yanaşı nitq mədəniyyəti və məntiq dərsləri keçirilib.

Şəfəq Cəfərova – Sinif rəhbəri: “Həqiqətən çox güclüdürlər. Yarışlarda öndə gedən uşaqlar olublar. Lakin, yuxarı siniflərə qalxdıqca kafi qiymət alan uşaqların burada yeri olmayıb. Sinifdən çıxıblar”.

Qeyd edək ki, bu il təhsil müəssisəsinin iki 11-ci sinifini 45 şagird bitirib. Onlardan 43 ali təhsil məktəblərinə daxil olaraq tələbə adını qazanıb.




MARAQLI / KARUSEL / SOSİAL / VİDEOXƏBƏR
Tarix: 11-09-2019, 10:42