mobil versiya

ÜST-nin ekspertləri Bakıda bir sıra tibb müəssisələrini ziyarət ediblər




Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzini və bir sıra tibb müəssisələrini ziyarət ediblər.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Avropa İttifaqının maliyyələşdirdiyi "COVID-19 əleyhinə vaksinasiyaya dəstək" layihəsi çərçivəsində ÜST ekspertlərinin immunizasiya üzrə informasiya sisteminin qiymətləndirilməsi məqsədilə Azərbaycana səfəri davam edir.
BMT-nin Uşaq Fondunun tərəfdaşlığı ilə həyata keçirilən missiya çərçivəsində ekspertlər mövcud sistemlə əyani tanış olmaq üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzini və bir sıra tibb müəssisələrini ziyarət ediblər. Missiyanın başlıca məqsədi ölkədə immunizasiya üzrə informasiya sistemini qiymətləndirərək Azərbaycanın səhiyyə sisteminin rəqəmsallaşdırılmasına dəstək olmaqdır.
 
SAĞLAMLIQ / KARUSEL
Tarix: 16-02-2023, 17:51