mobil versiya

İnsanlar psixi sağlamlıqla bağlı problem olduğunda bunu deməyə utanmamalıdırlar - Hande Harmancı



Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixi sağlamlıqla əlaqəli əhali arasında siqma, diskirminasiya var.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində deyib.
O bildirib ki, insanlar psixi sağlamlıqla bağlı problem olduğunda bunu deməyə utanmamalıdırlar:
"Qrip və digərləri xəstəliklərdən necə utanmırıqsa, bundan da utanmamalıyıq. Əlbəttə ailədə birbirimizə dəstək də önəmlidir, amma ehtiyac olduğu zaman professional dəstək utanılacaq, ayıb olmadığını anlamaq lazımdır. Bunu insanlar anlasa, ətrafındakılara bildirsə, Azərbaycanda olan diskirminasiya əleyhinə önəmli bir addım atmış olarıq".






SAĞLAMLIQ / KARUSEL
Tarix: 18-05-2023, 11:17