Qarında piyi necə “əritmək” olar?
Bəzi qaydalara əməl etsəniz, qarın piylərindən demək olar ki, tamamilə xilas ola bilərsiniz.
"INFORMING" internet nəşri bildirir ki, bu barədə dietoloq- alimlər bildiriblər.
Mütəxəssislərin fikrincə, birinci qayda düzgün qidalanmadır. Qarının şişməsinə səbəb olan qidalardan – ilk növbədə qazlı sulardan və lobyadan imtina etmək lazımdır. Həmçinin orqanizmi təmizləmək üçün su qəbulunu çoxaldın. Siz həmçinin duz qəbulunu azaltmalısınız. Duzun artıq olması mayenin gecikdirir və ya şişməyə səbəb olur.
Dietoloqların fikrincə, ikinci qayda müntəzəm məşqdir. Qaçış, idman hərəkətləri, velosiped sürmə kimi məşqlər çəki itirmə prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək.
Nəhayət, üçüncü qayda sağlam həyat tərzi sürməkdir: yaxşı yatmaq, stressdən qaçmaq və piy yaranmasına səbəb olan kortizolun azalması üçün meditasiya prkatikasından istifadə edin.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 15-08-2023, 09:48