Nyukasl və quş qripi xəstəliyi ilə bağlı bəzi ərazilərə tətbiq olunan məhdudiyyətlər aradan götürülüb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Polşa Respublikasının Podlask inzibati ərazisində Nyukasl, Amerika Birləşmiş Ştatlarının isə Merilend və Pensilvaniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Həmin ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən qeyd olunan xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar olaraq respublika ərazisinin Nyukasl və quş qripi xəstəliklərindən qorunması məqsədilə həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 27-02-2024, 10:53