mobil versiya

Orucu açan kimi tütündən istifadə etmək sağlamlıq üçün təhlükədir



Ramazan günlərində orucu açan kimi tütündən istifadə edənlər sağlamlıqları üçün təhlükə yaradırlar.
Bu barədə həkim-kardioloq Sultan Şahhüseynov açıqlama verib. Deyib ki, tütün ürək-damar sisteminə çox mənfi təsir edir, çünki ağciyərlərə siqaret tüstüsünün dolması, beyinə və ürəyə oksigen əvəzinə tüstünün daxil olması hipoksiya yaradır. Onun qəbulu ürək-damar, beyin qan dövranına pis təsir edir, şəkərli diabet xəstəliyi zamanı onu ağırlaşdırır, gözün görmə qabiliyyətini zəiflədir”.
Təxminən 15-16 saat boş qalan mədəni iftar açan kimi tütün məhsulları ilə doyurmaq həm də mədə-bağırsaq xəstəliklərinə səbəb olur. Çəkilən siqaret mədə-bağırsaq traktını qıcıqlandırır, xırda xoraların, nekrozların əmələ gəlməsi və sonradan qastrit, xora kimi xəstəliklərin yaranması ilə nəticələnir.
Əslində Ramazan boyu oruc tutmaq tütün məhsullarından istifadəni azaltmaq, hətta onu tərgitmək üçün də bir fürsətdir, çünki Ramazan həm də orqanizmin təmizlənməsi və paklanması ayıdır.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 18-03-2024, 13:57