Qidalarda E621 təhlükəlidirmi?

Mononatrium qlütamat (E621) qida sənayesində dad gücləndirici kimi istifadə olunan və “umami” adlı beşinci dad hissini artıran qida əlavəsidir.
Bəs təhlükəlidirmi?
Reportyor.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadla bildirir ki, qidalarda E621-in miqdarı yol verilən həddi keçmədikdə və gün ərzində qəbul edilən ümumi miqdar müəyyən olunmuş təhlükəsizlik səviyyəsini aşmadıqda sağlamlıq üçün təhlükə yaratmır. Bu miqdar gün ərzində 30 mq/kq bədən çəkisi səviyyəsində təyin olunmuşdur.
Nəyə diqqət etməli?
Etiketlərdə “E621”, “mononatrium qlütamat”, “monosodium glutamate”, “MSG”, “ləzzət artırıcı” ifadələrini axtarın.
Həssaslığınız varsa, bu məhsuldan uzaq durun.
Körpələr və hamilələr üçün istifadəsi tövsiyə edilmir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Angentliyi qida əlavələrinin, o cümlədən, E621-in qida məhsullarının tərkibində istifadəsini qanunvericiliyə əsasən tənzimləyir.
Unutmayın: Qidanın dadı qədər təhlükəsizliyi də önəmlidir.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 11-06-2025, 08:52