mobil versiya

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı – STATİSTİKA




Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan REPORTYOR.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 237 775 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402 nəfərdir.

Ölkədə son sutka ərzində 8462, hazırkı dövrədək isə 2671613 test aparılıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 10-03-2021, 17:07