mobil versiya

SON DƏQİQƏ:Operativ Qərargah məlumat yaydı-TƏCİLİ




Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb,  1593 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 224 651  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib, aktiv xəstə sayı 13 061  nəfərdir.

Ölkədə son sutka ərzində 8 368, hazırkı dövrədək isə  2 267 923 test aparılıb.

Qeyd edək ki, ötən gün koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınmış, 1 682 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmişdi.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 10-01-2021, 18:52