mobil versiya

İranın Cənubi Xorasan əyalətində zəlzələ olub



İranın Cənubi Xorasan əyalətinin Firdovsi şəhərində 4,6 bal gücündə zəlzələ olub.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, zəlzələ 10 km dərinlikdə baş verib.

Cənubi Xorasan əyalətinin Qızıl Ay Cəmiyyətinin müdiri Məhəmmədrza Rzai yeraltı təkanlar nəticəsində itki və dağıntının olmadığını bildirib.
SON XƏBƏR / KARUSEL
Tarix: 11-03-2021, 12:10