Səhhəti pisləşən Zöhrə Abdullayevanın son durumu - FOTOLAR
Səhhəti pisləşən Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya aparılıb.
REPORTYOR.AZ verir ki, müğənni "Elgizlə izlə" proqramına açıqlama verib. O bildirib ki, özünü yaxşı hiss etmir:
"Heç nə yemək istəmirəm. Dərman atdıqca iştahım gedir. Yayda mənə bir həkim dərmanlar yazmışdı, onları qəbul etdikcə mədəm yanırdı. Balamdan sonra bu günlərə qaldım. Görün özümü nə günə qoydum. Kök hüceyrə köçürmə dedilər, amma yox, revmatizmam var. O, müalicə olunmalıdır. Həkim dedi ki, çox gecikdirmişəm. Xəstəliyin son həddindəyəm. Məni yeməmək yıxır"./Axşam.az
SON XƏBƏR / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-03-2021, 17:56