Türkiyə XİN-ə yeni sözçü təyin edilib
Türkiyənin Xarici İşlər Nazirliyində yeni kadr təyinatı olub.
“Report” xəbər verir ki, diplomat Tanju Bilgiç qardaş ölkənin XİN-in İnformasiya idarəsinin müdiri - Nazirliyin sözçüsü vəzifəsinə təyin edilib.
O, bu gündən fəaliyyətə başlayıb.
T.Bilginçdən əvvəl Türkiyə XİN-in sözçüsü Hami Aksoy olub.
Qeyd edək ki, T.Bilgiç Ankara Universitetinin Siyasi elmlər fakültəsini bitirib. 1995-ci ildə Türkiyə XİN-də işə başlayıb.
Nazirlikdə bir çox fərqli vəzifələrdə çalışıb. 2014-2016-cı illərdə XİN-in İnformasiya idarəsinin müdir müavini - Nazirliyin sözçüsü olub.
2016-2021-ci illərdə Türkiyənin Serbiyadakı səfiri işləyib. Bundan başqa, Türkiyənin Bosniya və Herseqovina, Danimarka, Fransa və Rusiyadakı diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.
SON XƏBƏR / DÜNYA
Tarix: 20-04-2021, 15:30