Daha bir meyxana məclisi aşkarlandı, 10 nəfər cərimələndi
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Cil” çay evində meyxana məclisinin keçirildiyi müəyyən edilib.
Bununla bağlı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 30-04-2021, 18:37