İranın yük maşınları yenə Qarabağa gedir?
Bu gün İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu güman edilən çox sayda yük maşınlarının Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa göndərilməsi ilə bağlı yeni video yayılıb.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb.
Videogörüntülərdə Laçın dəhlizi boyunca Xankəndinə gedən böyük tutumlu yük maşınlarını görmək olar.
Xatırladaq ki, bir neçə gün əvvəl “Azad İran” teleqram kanalında İrandan qanunsuz olaraq Dağlıq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılmışdı.
Səfirliyin bu məsələni araşdırmasına baxmayaraq, hələlik heç bir nəticə yoxdur və İrandan hələ də yüklər qanunsuz şəkildə Qarabağa göndərilir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-05-2021, 14:30