mobil versiya

Novxanıda avtomobil qadını vuraraq öldürüb




Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini vurulub.

Daxili İşlər Nazirliyindən REPORTYOR.AZ-a verilən məlumata görə, mayın 7-də saat 22 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səadət Xəlilova vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 8-05-2021, 15:14