mobil versiya

Bakıda avtomobillər toqquşub, ölən var




Bakıda yol qəzası olub.

Bu barədə REPORTYOR.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 6-sı saat 23 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakinləri N.Zərbəliyevin idarə etdiyi “Niva” və H.Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Zərbəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 8-03-2021, 19:29