mobil versiya

Məhərrəm Əliyev: "Ermənilər daima aranı qatmağa çalışır, müəyyən narazılıqlar yaradırlar"



“Azərbaycan xalqının bəlkə də ən böyük bəlasından biri erməni kimi təcavüzkar düşmənimizin olmasıdır. Ermənilər daima aranı qatmağa çalışır, müəyyən narazılıqlar yaradırlar”.

REPORTYOR.AZ-ın xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Bunlara baxmayaraq hesab edirəm ki, Azərbaycan dövləti möhkəm əllərdədir. Bu gün dövlətimiz qüvvətli və güclüdür. Ən əsası odur ki, dövlət başçımız İlham Əliyevin bu məsələlərdə ən yüksək və keyfiyyətli işlərinin şahidi olmuşuq” deyə Prezidentin köməkçisi əlavə edib.


SON XƏBƏR / KARUSEL
Tarix: 10-05-2021, 12:11