mobil versiya

Prezidentin köməkçisi: "Sərhədçilər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər"



"Xoşbəxtəm ki, 30 il görə bilmədiyimiz yerlərə getdik, qalxa bilmədiyimiz yüksəkliklərə qalxdıq".

REPORTYOR.AZ-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O, səfər zamanı sərhədçilərimiz üçün necə şərait yaradıldığını gördüyünü bildirib: “Sərhədçilər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bəzi nöqsanlar mövcud idi. Onları da qeyd etdik və çatışmazlıqların tezliklə aradan qaldırılacağına ümid edirəm".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 10-05-2021, 13:00