mobil versiya

Bank müdirinin intihar etməsinin əsl səbəbi məlum oldu




Bu gün bankların birinin filial müdiri Mahir Sultanovun intihar etməsinin səbəbi ilə bağlı məlumatlar yayılıb.

REPORTYOR.AZ “unikal.org”a istinadən xəbər verir ki, mərhum 1 il öncə 11 yaşlı övladını xərçəngdən itirib. Belə ki, Mahir Sultanov övladının sağlamlığı üçün bütün əmlakını satsa da, onu xilas edə bilməyib. Azyaşlı oğlunun ölümü ilə o, tamamilə sarsılıb və sonda intihar edərək həyatına son qoyub.

Qeyd edək ki, paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin olunub. Zəruri prosessual hərəkətlər həyata keçirilib.

Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Mahir Sultanov ölkənin aparıcı banklarından birinin Xəzər rayon filialının müdiri vəzifəsində çalışıb.

SON XƏBƏR / KARUSEL
Tarix: 17-05-2021, 16:11