Pasiyenti tərəfindən bıçaqlandığı iddia olunan həkim özü-özünə xəsarət yetiribmiş
Bir neçə gün əvvəl sosial şəbəkələrdə 5 saylı şəhər Kliniki Xəstəxananın həkimi Zöhrab Şamxalovun pasiyentin oğlu tərəfindən bıçaqlanması barədə məlumat yayılmışdı.
REPORTYOR.AZ xəbər verir ki, Rəfael Əzimov adlı pasiyentin ailəsi “oxu.az”la əlaqə saxlayıb. Ailə qeyd edib ki, həkim özü-özünü bıçaqlayıb:
“Atam həkimlə mübahisə etdiyi üçün ona şillə vurub. Bundan sonra həkim özünə xəsarət yetirib”.
Həkim polisə izahatında bildirib ki, pasiyent onu o qədər əsəbləşdirib ki, özünü öldürmək həddinə çatıb. Nəticədə özünə xəsarət yetirib.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirilib ki, hadisə ilə bağlı 16-cı Polis Bölməsində toplanmış materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib:
“Baş verən hadisəyə hüquqi qiymət veriləcək”.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-07-2021, 13:00