Məhbus təcridxanada özünü “biz”lədi
Ədliyyə Nazirliyinin 2 saylı müvəqqəti saxlanma təcridxanasında məhbus özünə deşici alətlə xəsarət yetirib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Ceyhun Bilman oğlu Əliyev "biz" deyilən deşici alətlə özünə xəsarət yetirib.
Gəncədəki xəstəxanalardan birinə gətirilən məhbus əməliyyat edilib.
Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.
SON XƏBƏR / HADİSƏ
Tarix: 15-11-2019, 18:54