mobil versiya

Başı telefona qarışaraq qəza edən sürücüyə görə “BakuBus”a xəbərdarlıq edildi - YENİLƏNİB - VİDEO




Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda başı telefona qarışan və qəza törədən avtobus sürücüsü ilə bağlı məsələyə münasibət bildirib.

REPORTYOR.AZ-ın məlumatına görə, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a bildirib ki, sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması ən vacib məqamlardan biridir:

“Bununla bağlı “BakuBus” MMC də daxil olmaqla bütün daşıyıcılara mütəmadi olaraq tapşırıq və tövsiyələr verilir.

Sərnişinlərin həyatı üçün ciddi təhdid yaradan hərəkətlərin yolverilməz olduğunu qeyd edərək bildiririk ki, bu məsələ ilə bağlı “BakuBus” MMC-yə xəbərdarlıq edilib. Analoji halların təkrarlanmaması üçün təcili surətdə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib”.

“Videodan da göründüyü kimi sükan arxasında mobil telefondan istifadə, sürücünün ani diqqətsizliyi məhz bu cür qəzalara səbəb olar.

Ona görə də bir daha nəinki avtobus, ümumiyyətlə sükan arxasında olan bütün sürücülərə bildiririk ki, yol hərəkəti qaydalarına əməl etsinlər”, - deyə M.Ağayev qeyd edib.

***14:03

Bakıda “BakuBus”a məxsus iki avtobusun iştirakı ilə baş verən qəzanın görüntüləri yayılıb.

REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.

Videoda avtobus sürücüsünün başının telefona qarışdığı, ani diqqətsizliyin qəzaya səbəb olduğu görünür.

Qeyd edək ki, iyunun 24-də baş verən qəza zamanı yeddi nəfər xəsarət alıb.

Həmin görüntüləri təqdim edirik:





SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 7-07-2021, 19:17