mobil versiya

Güclü yağış Gəncədə fəsadlar yaratdı, bir qəsəbəni su basdı - FOTO



Gəncə şəhərinə yağan yağış bir sıra fəsadlara yol açıb.

REPORTYOR.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, yağışın yaratdığı sel suları nəticəsində şəhərin Məhsəti qəsəbəsində iri gölməçələr yaranıb, yollar keçilməz vəziyyətə düşüb, yağış suları sakinlərin evlərinə dolur. Sakinlər deyir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da sakinlərin üzləşdiyi bu çətinliyi həll edən tapılmır.

Məlumat üçün bildirək ki, hazırda Gəncə şəhərində yağışlı hava şəraiti davam edir.


SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 7-07-2021, 20:25