mobil versiya

Azad Şabanov oğlunun ad gününü belə təbrik etdi - FOTO




Müğənni Azad Şabanovun oğlunun 1 yaşı tamam olub.

REPORTYOR.AZ xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında oğlu Səid Əlinin fotolarını yayımlayıb.

Şabanov paylaşımına “Bir il keçdi oğul balam. Səndən öncə taleyimdə nə baş vermişdisə keçmişdə qaldı. Yeni həyatım, duyğulu sarsılmaz ilhamım sənlə başladı oğlum! Allahım mənə həyatımın ilk ən gözəl hədiyyəsini sənin ananı nəsib etdi, ilk təbrik sənə düşür, mənim qızım... Sonra isə sevgimizin yeni pilləsini, nəfəsini, möcüzəsini yəni səni göndərdi mənim balam... Dostumsan... Təki həmişə xoşbəxt və sağlam olasan” sözlərini yazaraq övladının 1 yaşını təbrik edib.

Qeyd edək ki, Azad Şabanov 2019-cu ilin noyabrında Toma adlı xanımla ailə həyatı qurub. Cütlüyün bir oğlu var.




SON XƏBƏR / Şou-biznes / KARUSEL
Tarix: 21-08-2021, 15:25