mobil versiya

Bloger Nicat Mütəllimov ata oldu




“Nikosayağı” niki ilə tanınan bloger Nicat Mütəllimov ata olub.

BAKU.WS xəbər verir ki, ötən gün Nicatın oğul övladı dünyaya gəlib. Bu haqda bloger “Instagram” hesabında məlumat verib.

O, “Bildiyiniz kimi, mən qapalı insanam. Bir çoxları elə bilirdi ki, həyat yoldaşımdan ayrılmışam. Belə deyil. Hər şey, çox şükür, əladır. Bu da sübutu... Allah olmayanlara qismət etsin”, - şərhini yazaraq yeni doğulan oğlunun görüntülərini də yayımlayıb.

Nicat dünyaya gələn övladına Amir adını verib.

Qeyd edək ki, Nicat Mütəllimov 2017-ci ildə Heyran adlı xanımla ailə qurub.
MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 2-07-2021, 12:20