Azərbaycana gələn əcnəbilər COVID-19 pasportu tələb olunan obyektlərə DAXİL OLA BİLƏRLƏR
Azərbaycana gələn əcnəbilər COVID-19 pasportu tələb olunan obyektlərə daxil ola bilərlər.
REPORTYOR.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.
"Bu şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər. Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır", - məlumatda vurğulanıb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 2-09-2021, 19:16