mobil versiya

Şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb olunacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO




Valideynlərdən COVID-19 pasportu tələb olunmayacaq.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.

Nazir bildirib ki, hamı COVID-19 pasportu almalıdır, lakin bu məsələyə Təhsil Nazirliyi nəzarət etmir.

“Konkret olaraq valideynlərinin COVID-19 pasportu olmayan şagirdlər də dərsə buraxılacaq. Onu demək istəyirəm ki, yaxşı olardı, COVID-19 pasportu olan valideynlər təhsil müəssisəsinin binasına girsinlər”, - deyə nazir bildirib.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-09-2021, 13:28